Hakan Şükürün atası tutuldu - FOTO

Hakan Şükürün atası tutuldu   - FOTO
  • DÜNYA

Türkiyənin məşhur futbolçusu Hakan Şükürün atası Sermet Şükür bu gün saxlanılıb.

Aktual.az  APA-ya istinadən bildirir ki, polisə S.Şükürün Adapazarının Sakarya prospektində yerləşən Salko məscidində cümə namazında olduğu barədə məlumat daxil olub.
 
Məscidə gələn polislər cümə namazının bitməsini gözləyiblər. Namaz bitəndən sonra polisləri görən S.Şükür onlara təslim olub.
 
S.Şükür ifadəsi alınması üçün polis idarəsinə aparılıb.
 
Qeyd edək ki, dünən Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H.Şükür və atası S.Şükürun saxlanılması barədə qərar verib. Bu gün isə prokurorluq H.Şükür və atasının mal və mülklərinin müsadirə edilməsi barədə qərar qəbul edilib.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR