Göyçay sakini həmkəndlisini güllələdi

Göyçay sakini həmkəndlisini güllələdi

Göyçayda silahlı insident olub.

Aktual.az xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Alıkənd kənd sakini, 1966-cı il təvəllüdlü Raqif Məmmədov ot biçimi üstündə düşən mübahisə zəminində həmkəndlisi, 1986-cı il təvəllüdlü Nurlan Məmmədovu ov tüfəngi ilə güllələyib. Təcilli xəstəxanaya çatdırılan N. Məmmədovu xilas etmək mümkün olub.

Hadisəni törədən R. Məmmədov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR