Gürcüstandan ölkəyə qanunsuz spirtli içki gətirilməsinin qarşısı alınıb

Gürcüstandan ölkəyə qanunsuz spirtli içki gətirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0,5 litrlik "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR