Gürcüstandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal minik xəttinə daxil olan "Mercedes Benz E320 CDİ" markalı nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan vətəndaşı Kikolashvili Simon Tengizoviç gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Yoxlama zamanı, onun əynindəki gödəkçənin sol üst cibindən salfetə bükülü, kəskin iyli, ümumi çəkisi 4 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR