Gürcüstanda qrip virusu yayılıb

Gürcüstanda qrip virusu yayılıb
  • DÜNYA

Gürcüstanda qrip virusunun yayılması laborator şəraitdə artıq təsdiq olunub.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzebildirib.
O deyib ki, laborator müayinə zamanı 10 haldan 7-də virus qripi təsdiq olunub: "Lakin həkimlər qriplə bağlı vəziyyətin gələcəkdə kəskinləşməsi üçün hələ əsas görmürlər”.
A.Qamkrelidze ölkə əhalisini qripə qarşı peyvənd olunmağa çağırıb: "Bununla yanaşı gigiyena normalarına riayət etmək, otağın havasını dəyişdirmək və yüksək temperatur olacağı halda ailənin bütün üzvləri həkimə müraciət etməlidir”.
Mərkəz rəhbəri bildirib ki, dövlətin dəstəyi ilə qripə qarşı 39 min nəfər, daha 10 min nəfər isə özəl sektorun dəstəyi ilə peyvənd olunub.
 
Aktual.az
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR