Gürcüstanda 1515 nəfər QİÇS-dən ölüb

Gürcüstanda 1515 nəfər QİÇS-dən ölüb
  • DÜNYA

 Ötən il Gürcüstanda QİÇS-ə 672 yeni yoluxma halı qeydə alınıb.

"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzi məlumat yayıb.
Bildirilib ki, illik müqayisədə yoluxma hallarının sayı 41 hal çoxdur.
2018-ci il dekabrın 31-nə olan məlumata əsasən, ölkədə, ümumilikdə, 7434 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların 5564nəfərini kişi, 1870 nəfərini isə qadınlar təşkil edir. Xəstəlik daşıyıcılarının böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan insanlar təşkil edir.
QİÇS 3969 xəstədə inkişaf edib, 1515 nəfər isə ölüb.
HİV infeksiyasına yoluxma hallarının 39,9%-i narkotik vasitələrdən istifadə, 46,4%-i isə heteroseksual əlaqə vasitəsilə yayılıb.
QİÇS-ə yoluxan şəxslərin böyük əksəriyyəti paytaxt Tbilisinin payına düşüb. Şəhərdə 2719 nəfər QİÇS daşıyıcısıdır. Onların da 87-si xarici ölkə vətəndaşıdır.
Azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində isə 385 nəfər QİÇS-ə yoluxub.
Qonşu ölkədə HİV infeksiyasına yoluxan uşaqların sayı 109 nəfər təşkil edir ki, onların 69-u oğlan, 40-ı isə qızdır. Onlardan 27-si ölüb.
Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb. 
 
Aktual.az
Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR