Gürcüstan Türkiyədəki hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi

Gürcüstan Türkiyədəki hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi

Türkiyə bizim üçün vacib dost, tərəfdaş ölkədir. Türkiyənin demokratik inkişafı bizim üçün çox vacibdir.

Aktual.az  report-a istinadən bildirir ki, bu bəyanatla Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Milli Təhlükəsizlik Şurasının iyulun 16-da gecə saatlarında keçirdiyi iclasında deyib.
Baş nazir bildirib ki, Türkiyə Gürcüstan üçün strateji tərəfdaşdır və bu ölkədə sabitliyin qorunması rəsmi Tbilisi üçün çox vacibdir.

Hərbi çevrilişin bütün demokratik ölkələr üçün yolverilməz olduğunu vurğulayan Q.Kvirikaşvili, Türkiyədə baş verən hadisələrlə əlaqədar Gürcüstanın müvafiq strukturlarının məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar sərhəd keçid məntəqələrində Gürcüstan vətəndaşlarının sərhədi keçməsində məhdudiyyətlər tətbiq olunur, hava uçuşları həyata keçirilmir.

Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR