Güclü külək Tbilisidə fəsadlar törədib - FOTO

Güclü külək Tbilisidə fəsadlar törədib - FOTO
  • DÜNYA

 Gürcüstanın paytaxtı Tbilisidə ötən gecədən əsən güclü külək bir sıra fəsadlar yaradıb.

"Report”un Gürcüstan bürosunun məlumatına görə, güclü külək şəhərin bir neçə rayonunda irigövdəli ağacları maşınların üzərinə aşırıb, evlərin dam örtüklərini sıradan çıxarıb.
Paytaxtın Qldani-Nadzaladevi rayonunda ağacın aşması nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Gürcüstanın Fövqəladə Halların İdarəolunması Xidməti güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması üzrə tədbirlər həyata keçirir.
Qonşu ölkədə güclü küləyin bu gün axşam saatlarına doğru zəifləyəcəyi gözlənilir.
Gürcüstanın Ətraf Mühit Agentliyinin Hidrometeoroloji Xidmətinin məlumatına görə, şərq rayonlarında və Tbilisidə küləyin gücü saniyədə 20-25 metr, qərb rayonlarında isə 20 metrə çatır. 

Xəbər 216 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR