Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə

Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə

İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub.
Aktual.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Son beş il ərzində Azərbaycanda minimum əmək haqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlətimizin başçısı qeyd edib:
"Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq”.
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR