Ögey oğlu həbs edilən ata biləklərini doğradı

Ögey oğlu həbs edilən ata biləklərini doğradı

Bakıda 33 yaşlı kişi intihara cəhd edib.

Aktual.az report-a istinadən bildirir ki, hadisə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib.

Belə ki, paytaxt sakini, 33 yaşlı Aleksandr Pozdnyakov ögey oğlu, Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü Tacir Şahin oğlu Rəhimov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən narazı qalaraq, intihar etmək istəyib. O, məhkəmə qarşısında sağ bilək nahiyəsinə xəsarət yetirib. Polis əməkdaşları intihar cəhdinin qarşısını alıb.

Qeyd edək ki, 2015-ci il sentyabr ayının 14-də saat 01:00 radələrində 20 Yanvar küçəsində Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Sənan Məmmədovu döyərək 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talayıblar.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 1990-cı il təvəllüdlü Asdan Nəriman oğlu Kərimov, Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Şahin Rahib oğlu Muradov və Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü T.Rəhimov müəyyən olunaraq tutulublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb.
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Kərimov 4 il, Ş.Muradov 8 il 6 ay və T.Rəhimov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan T.Rəhimov məhkəmə zalında həbs edilib.

Xəbər 607 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR