Azərbaycanda xarici dildə reklama icazə verildi

Azərbaycanda xarici dildə reklama icazə verildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Aktual.az-ın  AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmana əsasən Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483) aşağıdakı dəyişikliklər edilib:

 

7.1-ci maddənin üçüncü cümləsindən "reklam və” sözləri çıxarılıb.

 

Bundan əlavə sərəncama uyğun olaraq aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilib:

 

"7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir”.

Xəbər 1062 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR