"Gələn il SOCAR-a qazma işləri üçün ən azı 100 mln. manat ayrılacaq" - Nazir


Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 2018-ci ildə qazma işlərinin aparılması üçün ən azı 100 mln. manat həcmində vəsait ayrılacaq.

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.
"Qazma işləri üçün bu il SOCAR-a 100 mln. manat ayrılıb. Növbəti ildə də bundan az olmayan məbləğdə vəsait ayrılması nəzərdə tutulur", - deyə nazir əlavə edib.
Bundan başqa, S.Şərifov bildirib ki, növbəti ildə 4 regionda məişət tullantılarının idarə edilməsi layihəsinin həyata keçirilməsinə başlanacaq. Eyni zamanda Bakı şəhərinin də 2 rayonunda tullantı idarəetmə mərkəzlərinin yaradılması nəzərdə tutulur. 
 
Aktual.az
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR