Gələn aydan tələbələrin köçürülməsinə başlanılır

Gələn aydan tələbələrin köçürülməsinə başlanılır

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.


Aktual.az bildirir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək.

 

Tələbələrin köçürülməsi ilə bağlı daha geniş məlumatı https://transfer.edu.az/az/faq linkinə daxil olmaqla əldə edə bilərsiniz.

Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR