Bakıda avtobus qəzasında xəsarət alanların adları - SİYAHI

Bakıda avtobus qəzasında xəsarət alanların adları   - SİYAHI

Nizami rayonunda 60 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına müraciət edib.

Aktual.az bildirir ki, bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri 1962-ci il təvəllüdlü Zemfira Fərzəliyeva, 1957-ci il təvəllüdlü Sevdiyar Acəliyev, 1972-ci il təvəllüdlü Xuraman Zeynalova, 1950-ci il təvəllüdlü Elza Hüseynova, 1982-ci il təvəllüdlü Nuranə Verdiyeva, 1997-ci il təvəllüdlü Fatimə İbrahimova, 1964-cü il təvəllüdlü İlham Mansurov və 1982-ci il təvəllüdlüAytən Quliyeva xəstəxanaya qəbul olunublar.

İlkin tibbi yardım göstəriləndən sonra onlardan 6-sı evə buraxılıb. Hazırda Sevdiyar Acəliyev və Nuranə Verdiyeva xəstəxanada müalicə alırlar.

Xəbər 882 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR