“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir”- MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir”- MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

"Fuad Qəhrəmanlı kimi birinin vicdandan, haqq- ədalətdən danışması dünyanın sonunun gəldiyini bildirən və göstərən əlamətdir. Ayıbdır, həqiqətən. Nəinki ayıbdır, hətta günahdır, absurddur! Çünki belə rəzil adamlar vicdan sözünü dilinə belə gətirməməlidir”.
 
Aktual.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri millət vəkili Elşən Musayev deyib.
 
Onun sözlərinə görə, Fuad Qəhrəmanlı, ümumiyyətlə, vicdandan xəbəri olmayan adamdır: "Çünki Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir. Daha dəqiq desəm: ünsürüdür! Milli məsələlərdə düşmən əlinə oynayan, erməni terroru ilə bağlı Azərbaycanın bütün siyasi partiyalarının imzaladığı bəyanata imza atmaqdan imtina edən, Şuşanın, Qarabağın işğaldan azad olunmağına sevinməyən, hər şeyi qara görən, erməni lobbisindən maliyyələşən, FETÖ-nun tör-töküntülərini müdafiə edən birisi necə vicdandan danışa bilər? Hansı haqla danışa bilər?

Əli Kərimli və onun qaragüruh komandasının vicdan haqqında anlayışı belə yoxdur. Onlar ancaq vicdansız olmağın yollarını, vicdansızca davranmağın üsullarını, formasını göstərə və "ən böyük vicdansız necə ola bilər?” sualının cavabını rahat şəkildə verə bilərlər. Çünki əksəriyyəti vicdansızlığın nəzəriyyəsini yazan, vicdansızlığı öz həyat kredolarına çevirən adamlardır”.

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR