Fransa səfirliyi də Azərbaycana başsağlığı verdi

Fransa səfirliyi də Azərbaycana başsağlığı verdi

Fransanın Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.
Aktual.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.
"Bu gün mina partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, bundan öncə Türkiyə və ABŞ səfirliyi Azərbaycana başsağlığı verib.
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR