“Forbes” milyardçıların siyahısını yenilədi

“Forbes” milyardçıların siyahısını yenilədi
  • DÜNYA

“Forbes” jurnalı dünyanın 100 İT-milyarderinin adlarını açıqlayıb. Artıq ikinci ildir ki, siyahıda liderliyi “Microsoft”un təsisçisi 78 milyard sərvəti olan Bill Qeyts əldən vermir.

Aktual.az  bu barədə oxu.az-a istinadən xəbər verir.

İkinci yerdə Amazon.com internet şirkətinin rəhbəri və “Blue Origin” aerokosmik şirkətinin təsisçisi Ceff Bezosdur, onun sərvətini jurnal 66 milyard dollar məbləğində qiymətləndirir. 

Liderlərin üçlüyünə “Facebook”un yaradıcısı, 54 milyard dollar sərvətləMark Zukerberq də daxildir. 

İlk beşliyə 51,7 milyard ilə “Oracle”nin təsisçisi Larri Ellisons və “Google” həmtəsisçiləri Larri Peyc və Sergey Brin daxildir. Onların sərvəti müvafiq olaraq 39 milyard və 38,2 milyarddır. 

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR