“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq

“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq

"Fitch” beynəlxalq reytinq agentliyi 20 dekabr 2017-ci il tarixində Bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq, "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin reytinq proqnozlarına yenidən baxılacağını elan edib.

Bu barədə "Report”a ABB-nin mətbuat xidmətindən məlumat verilib.
Metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch "ccc” reytinq proqnozu səviyyəsinə + və – modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda "ccc” səviyyəsində olan dayanıqlıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.
Reytinq proqnozlarının dəyişməsi Bankın risk profilinin qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra Bankın xarici valyutada uzunmüddətli reytinqi "Fitch” tərəfindən "B-” səviyyəsinə yüksəldilib.


Aktual.az
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR