Finlandiya prezidenti 69 yaşında ata oldu

Finlandiya prezidenti 69 yaşında ata oldu
  • DÜNYA

 Finlandiya prezidenti Sauli Niinistyo 69 yaşında ata olub.

Aktual.az "Report"a  istinadən xəbər verir ki, bu barədə ölkə başçısının dəftərxanası məlumat yayıb.
Qeyd edilir ki, yanvarın sonlarında ikinci dəfə dövlət başçısı seçiən Sauli Niinistyo ikinci dəfə ata olub.
"Fevralın 2-də saat 20 radələrində (Bakı vaxtı ilə 22-də - red) prezident Sauli Niinistyonun və xanımı Yenni Haukionun oğlan övladları dünyaya gəlib. Ana və övladı özünü yaxşı hiss edir", - deyə məlumatda bildirilir.
Niinistyo ailəsində xoş xəbərin gözlənilməsi haqda məlumat ötən ilin oktyabrında yayılmışdı. 
Niinistyo ölkəni 2012-ci ildən idarə edir. Niinistyo və Haukio 2009-cu ilin 3 yanvarında ailə qurublar. Prezidentin birinci həyat yoldaşı 1995-ci ildə baş vermiş yol qəzasında ölüb.
 
Aktual.az
Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR