FIFA federasiya prezidentini futboldan ömürlük kənarlaşdırdı

FIFA federasiya prezidentini futboldan ömürlük kənarlaşdırdı
  • İDMAN

FIFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartı futboldan ömürlük uzaqlaşdırıb.
"Report"un məlumatına görə, məhkəmə onun yetkinlik yaşına çatmayan qızlara və digər qadın oyunçulara cinsi zorakılıq etdiyini sübuta yetirib.
Jan-Bart FIFA-nın etik kodeksinin bir neçə bəndini pozub və onun futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyulub.
Funksioner bundan əlavə 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.
Qərar noyabrın 18-dən qüvvəyə minib.
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR