Fətullah Gülənin sərvəti əlindən alınır

Fətullah Gülənin sərvəti əlindən alınır

Türkiyədə "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) şantaj və digər yollarla əldə etdiyi sərvət dövlətin hesabına keçəcək.

Aktual.az azvision.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin maliyyə naziri Naci Ağbal deyib. 

O qeyd edib ki, FETÖ-nün şantajla əldə etdiyi mal varlığının siyahısı hazırlanıb: "Millətdən təhdid, şantaj və hizmət adı altında aldıqları dövlətə qaytarılır. Binalar, məktəblər, dərnəklər, banklardakı hesablar, avtomobillər və dgərləri aktlaşdırılıb". 

Nazir bildirib ki, avqust ayının ortalarına qədər ictimai qurumlar və təşkilatlarda çalışan bütün FETÖ üzvləri təsbit edilərək, tutduqları vəzifələrdən azad ediləcək.

Xəbər 902 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR