FETÖ-yə aid markalar ləğv edilir

FETÖ-yə aid markalar ləğv edilir
  • DÜNYA

Fetullahçı Terror Təşkilatının (FETÖ)  maliyyə qaynaqları ilə bağlı araşdırmalar Türkiyə bazarında bir neçə markaya baha başa gəlib.

Aktual.az  publika.az-a istinadən bildirir ki, Türk Patent İnstitutu (TPE) tərəfindən aparılan araşdırmaya görə,  FETÖ-yə aid olan şirkətlərin mindən çox markası var. Hazırda bütün bu markaların qeydiyyatlarının ləğvinə hazırlıq gedir.
 
Bu markalara "Zaman", "Samanyolu", "Bu gün", "Yamanlar", "Altınbaşak",  "FEM" kimi adlar daxildir. Kosmetik vasitələr sahəsində də Fetullah Gülənin adına 4 marka qeydiyyatdır. Onlardan 2-si etibarlılığını itirib, digərləri isə bazarda fəaliyyətini davam etdirir. Hələlik onların adları açıqlanmır.

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR