Fatih Terim "Qalatasaray"dakı taleyi ilə bağlı qərar verdi

Fatih Terim

Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim klubdakı gələcəyi ilə bağlı qərarını verib.

"Report"un "Sabah" nəşrinə istinadən məlumatına görə, mövsümün sonunda müqaviləsi başa çatacaq 68 yaşlı mütəxəssis İstanbul komandasında qalmaq istəyir.

Lakin təcrübəli baş məşqçi klubdakı prezident seçkilərini gözləyəcək və yeni rəhbərliyə uyğun qərar verəcək. O, hazırkı rəsmilərlə yox, başqa funksionerlərlə işləməyi üstün tutur.

Digər tərəfdən, Terim vəzifəsində qalacağı təqdirdə, məşqçilər heyətində də dəyişiklik etməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl Fatih Terimin prezident seçkilərində namizəd olacağı iddia olunurdu. Klubun onunla müqaviləni daha 3 il artıracağı gözlənilir.
Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR