Fahişələr iqtisadi böhrandan danışdı: “Ancaq pasport qalıb”

Fahişələr iqtisadi böhrandan danışdı:   “Ancaq pasport qalıb”

Yunanıstandakı iqtisadi və ictimai böhran, beynəlxalq mediaya daha çox Afina-kreditorlar müstəvisindəki proseslər fonundakı gərginlik və diplomatik dəyərləndirmələrlə əks olunub.

Aktual.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, halbuki ölkədə iqtisadi böhranın yaratdığı böyük bir ictimai böhran yaşanır. Məlumatda qeyd edilir ki, fahişəliklə məşğul olan üç qadın ölkədəki böhranın görünməyən tərəfini izah edib. 2009-2010-cu illərdə Yunanıstanın ana gündəm maddəsinə çevrilən iqtisadi böhran özü ilə tənəzzülü də gətirib. Milyonlarla insan bir neçə ay içərisində həyat və iş standartlarının aşağ düşməsi ilə ölkə miqyasına yayılan ümidsizliyə şahid olub. Son 5 ildə milyonlarla insan işsizliklə qarşı-qarşıya qalıb. Evli cütlüklər dolanışıq dərdinə düşərkən, gənc insanlar təməl qida maddələrini təmin etməkdə belə ciddi çətinliklər çəkməyə başlayıb. Beləliklə, bir böhran mühitində, fahişəlik Yunanıstanın daxilində artmağa başlayıb.


Dövlətin imkanları yoxdur

Daralan iqtisadi qaynaqlar səbəbindən Səhiyyə Nazirliyi, ümumiyyətlə, cinsi sağlamlıqla bağlı məhdud işlər görməklə kifayətlənir. İş qüvvəsindəki və maaşlardakı məhdudlaşdırmalar səbəbindən bu anda dövlətin fahişəlik kimi çox saylı bir faktı ələ ala biləcək yetərincə heyəti və infrastrukturu yoxdur.

Evli və iki uşaq anası K.”Uşaqlarım acından huşunu itirirdi”

“Bu günə qədər mətbuata heç danışmadım. Lütfən adım çəkilməsin”. Bu utancaq ifadələrlə sözlərinə başlayan K. öz əhvalatını bu şəkildə yekunlaşdırıb:

“2010-cu ildə o dövrün baş naziri Yorgo Papandreunun məşhur Kastelorizo açıqlamasını televiziyadan seyr edərkən həyat yoldaşımın çalışdığı şirkət müflisləşdi.

Həyat yoldaşımın işini itirməsi ilə birlikdə evimizin kirayəsini ödəyə bilməz vəziyyətə gəldik. Bir marketdə işləyirdim və gündəlik qazancım yalnız təməl qida maddələrinə çatırdı. İbtidai məktəb və orta məktəbdəki uşaqlarımın cib xərclikilərini belə ödəyə biləcək vəziyyətdə deyildik artıq”.

Göz yaşlarını gizlətməyən K. sözlərini bu şəkildə davam etdirir: “Bir gün bir qonşumla dərdimi paylaşdım. Ondan dəstəkləyici və cəsarətləndirici sözlər gözləyərkən, fahişəlik etməyimi təklif etdi. Həyat yoldaşının evdə olmamasını fürsət bilib, onunla “gözəl vaxt keçirməyim şərti ilə” ailəmə iqtisadi baxımdan dəstək verə biləcəyini söylədi.

İlk etapda bu təklifi geri çevirdim. Ancaq bir-iki ay sonra boyun əymək vəziyyətində qaldım. Çünki həyat yoldaşımın və ailəmin vəziyyəti pisləşməyə başlamışdı. Həyat yoldaşım içkiyə qurşandığından uşaqlarım aclıqla üz-üzə qaldı. Bir dəfə aclıqdan məktəblərində huşunu itirdikləri belə oldu. Bu dram üzündən qonşumun təklifini qəbul etdim. Sonra isə bir-iki qəzetə və internet saytına qoyduğum elanlarla müştəri axtarışa başladım”.

Böhranın əvvəlində, fahişəliyin xarici qadınlar və mafiya ilə bağlı olduğunu söyləyən K. böhrandan sonra, hər sinifdən və yaşdan insanın fahişəliyə sürükləndiyini deyib.

19 yaşlı Anna: “Neç nəyə baxmayaraq xəyallarım var”

Anasını gənc yaşda xərçəng xəstəliyindən itirən, atasını heç tanımayan, Giritdə nənəsi və babasının yanında böyüyən Anna isə liseyi çətinliklə bitirib. Lisey illərində bir neçə yoldaşının israrı nəticəsində Giritin bəzi bölgələrində fəaliyyət göstərən, seks işçilərinin istismarından böyük qazanclar əldə edən biri ilə tanış olduqdan sonra həyatı dəyişib.

Anna yaşadıqlarını belə izah edib: “Əvvəlcə bir növ oyun, ya da macəra olaraq yaxınlaşdım. Sonra 50 və 60 yaşlardakı insanlarla tanış olduğumda vəziyyətin ciddiliyini anladım. Məruz qaldığım şiddət işin nəticəsi idi. Bütün bunlara baxmayaraq böhran şəraitində əldə etdiyim qazanc kiçik hesab edilə bilməz. Bunun üçün hələlik psixoloji baxımdan ayaqda qalmağa çalışıram”.

“Yunan gəncliyinin cibində yalnız Avropa pasportu qaldı”

Anna bütün çətinliklərə və çatışmazlıqlara baxmayaraq xəyallarından imtina etməyib. Yaxın gələcəkdə İtaliyaya getmək istəyir. Bunun üçün qazandığı pulla, İtaliya dilində dərslərə gedir. İtaliyada psixologiya sahəsində ali təhsili almaq istədiyini söyləyən Annaya görə hələlik, Yunanıstan gəncliyinin cibində yalnız Avropa pasportu qalıb.

 
Xəbər 4339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR