Eynalı dağında Azərbaycan bayrağı silindi

Eynalı dağında Azərbaycan bayrağı silindi

Təbrizin Eynalı dağının qayalarına həkk edilən böyük ölçülü Azərbaycan bayrağının rəsmi silinib.
Aktual.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial media kanalları məlumat yayıb.
Məlumatda bunun "xalqın müraciətləri və tələbləri” əsasında bələdiyyə işçiləri tərəfindən həyata keçirildiyi iddia edilib.
Azərbaycan və azərbaycanlılara qarşı qərəzli mövqeyi ilə tanınan "Azəriha” saytı və ona məxsus Teleqram kanalı bu barədə paylaşdığı materialda Azərbaycan mediasını ittiham edib və guya İranda separatizmi dəstəkləyən təbliğat apardığını yazıb.
Qeyd edək ki, Azərbaycan mediası yalnız İran Teleqram kanalları və yerli mediasına istinadla material yayır.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR