Yuli Sezar kimi tanınan Qayus Yulius Kaesar Augustus Germaniku öz şəhərinin qənimi kimi tanınır.
Cebhe.info xəbər verir ki, Roma imperatorluğuna rəhbərlik edən, Kaligula deyə də çağırılan Yuli Sezar tarixin gördüyü ən qəddar və manyak xislətli hökmdarlardan biri idi.
Şəhər onun hakimiyyəti zamanı tamamilə əxlaqsızlığa yuvarlanmışdı. Bəzi inanclara görə, məhz bu səbəbdən də tarixdən silinib. Hətta bəzilərinin fikrincə, Pompey də Allah tərəfindən cəzalandırılan Sodom kimi bir şəhərdir. Bu şəhər İtaliyada Napoli şəhərinə 30 kilometr məsafədə yerləşirdi. B.e.ə 5000-cü illərdə yaradılıb. Vezuvi vulkanının yanında yerləşən bu şəhər b.e.ə 79 –cu ildə minlərlə sakini ilə bərabər yerlə-yeksan olub.
İmperator bacısına aşiq olaraq ən böyük günaha imza atmışdı. Əhali arasında da belə əlaqələr yayılmışdı. Şəhərdə hər yerdə əxlaqsızlıq yuvaları vardı. Həmcinslər arasında əlaqə normal qarşılanırdı.
Şəhərdə bir qrup zəngin adam vardı. Rəvayətə görə, əvvəlcə yemək yeyir, daha sonra yediklərini qusmaq üçün qaz tükündən istifadə edərdilər. Səbəbi isə daha çox yemək istəyi idi.
Fəlakət günü şəhərdə normal həyat davam edirdi. O gün hava həmişəkindən bir az daha boğucu idi. Yüngül zəlzələ olmuşdu. Daha sonra göydən kül yağmağa başladı. İnsanlar əvvəlcə buna ciddi fikir vermədi. Vezuvi vulkanı əvəllər də belə "zarafatlar" etmişdi. Amma bu dəfə keçmədi. İnsanlar təşfişə düşərək qaçmağa çalışıdlar. Ancaq artıq gec idi...
18 km məsafədə insanlar lavalar altında qaldı. Bir anda daşa çevrildilər. Kül hətta Misirə qədər gedib çıxmışdı.
Bir anda daş olan insanlar indi İtaliyada açıq hava muzeyində sərgilənir. Geoloqların fikrincə, ölümün səbəbi kükürd qazıdır. Daşa çevrilmələrinin səbəbi isə vulkanik duzun sərtləşməsidir. Zamanla lavanın bürüdüyü cəsədlər daxildə çürüsə də üz qabığı daş kimi möhkəm qalıb.