Ev almaq istəyənlərə şad xəbər - Qiymətlər düşəcək

Ev almaq istəyənlərə şad xəbər   - Qiymətlər düşəcək

Dollarla ipoteka kreditinə qoyulan qadağa daşınmaz əmlaka olan tələbatın azalmasına səbəb olacaq.

Daxili ipoteka kreditlərinin əhəmiyyətli hissəsi məhz dollarla verilən kreditlərdir. Mövcud vəziyyətdə ipoteka kredtilərinin həcmində azalmalar olacaq ki, bu da əmlak bazarına birbaşa təsir edəcək

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, əmlaka tələbatın azalması qiymətin aşağı düşməsinə səbəb olacaq.

Ekspertin fikrincə, bu vəziyyətin yaranmasının qarşısını almaq üçün bankları stimullaşdırmaq vacibdir. Belə ki, bankların manat bazasını genişləndirmək lazımdır ki, manatla kredit verməkdə maraqlı olsunlar.//Xəzərxəbər.com 

Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR