“Eurovision”ın ilk qalibi dünyasını dəyişdi - Video

“Eurovision”ın ilk qalibi dünyasını dəyişdi - Video

"Eurovision" Mahnı Müsabiqəsinin birinci qalibi isveçrəli Liz Assia 94 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə "Eurovision" Mahnı Müsabiqəsinin saytı məlumat yayıb.
1924-cü ildə İsveçrənin şimalındakı Rupersvil şəhərində anadan olan L. Assianın əsl adı Roza Mina-Şerer olub. Karyerasına rəqqas kimi başlayan L. Assia daha sonra mahnı oxumağa başlayıb. Müğənninin ən məşhur mahnısı 1950-ci ildə ifa etdiyi "O Mein Papa" olub. Dünyada bir çox xeyriyyə aksiyalarında iştirak edən L. Assia bir sıra filmlərdə də rol alıb. L. Assia 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən ilk "Eurovision" Mahnı Müsabiqəsində ifa etdiyi "Refrain" mahnısı ilə müsabiqənin qalibi olub.
Son illər L. Assia Fransanın Kann şəhərində yaşayıb.



Xəbər 1440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR