ETSN Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq edib

ETSN Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq edib

 "Xarici vətəndaşlar gəlib Azərbaycanda ovla məşğul olmaq istəyirlərsə, müvafiq şirkətlərə müraciət etməlidirlər".


"Report" xəbər verir­ ki, bunu Ekologiya v­ə Təbii Sərvətlər Naz­irliyində keçirilən m­ətbuat konfransında n­azirliyin Bioloji Müx­təlifliyin Qorunması və Xüsusi Mühafizə Ol­unan Təbiət Əraziləri­nin İnkişafı Departam­entinin direktoru Hik­mət Əlizadə deyib.

O bildirib ki, həmin şirkətlər də əməkdaşlıq etmək üçün müvafiq qaydada nazirliyə müraciət etməlidir: "Hansı şirkətin uğurlu təcrübəsi varsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq. Ov təşkil etmək istəyən şirkətlərlə iltizam imzalanır. Məqsədimiz Azərbaycanda sivil qaydada ov aparılmasıdır. Ov elə aparılmalıdır ki, ətraf mühitə ciddi ziyan dəyməsin".

H.Əlizadə qeyd edib ki, ov mövsümü başlayandan bu günə kimi, 3 ay ərzində 10 şirkət xarici ovçuların ovunu təşkil etmək üçün nazirliyə müraciət edib: "Yeddi şirkət dağ kəlinin, üç şirkət isə quş ovunu təşkil etmək üçün müraciət edib və bu on şirkətin hər birinin müraciətinə müsbət cavab verilib".

 
Aktual.az
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR