Əsir azərbaycanlı qadından XƏBƏR VAR

Əsir azərbaycanlı qadından   XƏBƏR VAR

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri iyunun 8-də girov düşmüş şəxsə baş çəkiblər.

Aktual.az bildirir ki, bu haqda modern.az-a BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

"İ.Hüseynova "Qətibə Ələkbərovanın geri qaytarılması üçün danışıqlar aparılırmı" sualına cavab olaraq bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçiliyini tərəflərin razılaşması ilə həyata keçirir. Danışıqlar yalnız tərəflər razılıq verdikdə aparılır.

"Biz hansısa hadisə baş verdikdən sonra ictimaiyyətə məlumat veririk".

Qətibə Ələkbərova 7 iyunda Azərbaycan-Ermənistan sərhədini keçərək, düşmən tərəfə girov düşüb. Araşdırma nəticəsində onun Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.

Xəbər 700 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR