Ermənistanda cinayətlərin sayı 11% artıb

Ermənistanda cinayətlərin sayı 11% artıb

2018-ci ildə Ermənistanda cinayətlərin sayı artıb.

ONA-nın News.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş prokuroru Artur Davtyan parlamentin Dövlət və hüquq məsələləri üzrə daimi komitəsində Baş Prokurorluğun 2018-ci il dair fəaliyyət hesabatı ilə bağlı müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, bu müddət ərzində Ermənistanda 22.551 cinayət hadisəsi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 11,2% çoxdur.
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR