Ermənistanda bir neçə nazirlik ləğv olunur

Ermənistanda bir neçə nazirlik ləğv olunur
  • DÜNYA

Ermənistan parlamenti bu gün növbədənkənar seçkilər zamanı "Ermənistan hökumətinin strukturu" haqqında qanunu ilkin müzakirələr zamanı qəbul edib.

Aktual.az  azvision.az-a istinadən bildirir ki, qanun layihəsinin lehinə 77, əleyhinə isə iki deputat səs verib. 9 deputat isə fikir bildirməkdən imtina edib. 

"Düzəlişlərə əsasən, Ermənistanda bir sıra nazirliklər və qurumlar ciddi struktur dəyişikliklərinə məruz qalacaq. Dörd nazirlik isə tamamilə ləğv olunacaq", - deyə Ermənistanın ədliyyə naziri Arpine Ovannisyan bildirib. 

Onun sözlərinə görə, Energetika və Təbii Sərvətlər Nazirliyinin adı dəyişdirilərək Enerji İnfrastrukturu və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi isə İnvestisiya və Sahibkarlığa Yardım Nazirliyi, Nəqliyyat və Rabitə Nazirliyi isə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olacaq. Şəhərsalma Nazirliyi isə ləğv olunacaq. Onun əvəzinə bu səlahiyyətləri Arxitektura və Tarixi-Mədəni Dəyərlərin qorunması üzrə Dövlət Komitəsi yerinə yetirəcək. 

Ovannisyan vurğulayıb ki, dəyişikliklər hökumətin yeni prioritetləri ilə bağlıdır.

Parlamentin spikeri Qalust Saakyan bəyan edib ki, qanun layihəsinin müzakirəsi ikinci oxunuşda davam edəcək. 

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR