Ermənistanda 165 nəfər saxlanıldı

Ermənistanda 165 nəfər saxlanıldı

Ermənistanda baş verən iğtişaşlardan sonra 165 nəfər saxlanılıb. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünən axşam saatlarında etirazçılar binanın yaxınlığında post-patrul xidməti alayının mühasirəsini yarmağa cəhd ediblər. Polis tüstü buraxan şaşka tətbiq edib və kütləni dayandırıb. Toqquşmalarda təxminən 60 nəfər xəsarət alıb. 

Xatırladaq ki, Yerevan polisinin post-patrul xidməti alayının binası iyulun 17-dən silahlı şəxslər tərəfindən tutulub. Onlar ölkə prezidenti Serj Sarkisyanın istefa verməsini və İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələb edirlər.

İyulun 27-dən etibarən isə onlar həkim briqadasını girov saxlayırlar. Polisin mühasirəyə götürdüyün bölgədə davamlı olaraq etiraz aksiyaları keçirilir.

Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR