“Ermənistan Azərbaycan torpaqlarının 20 faizini tutub“ - Polşalı diplomat

“Ermənistan Azərbaycan torpaqlarının 20 faizini tutub“   - Polşalı diplomat

"Biz anlayırıq ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini tutub ". 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfirliyinin konsulu Andrey Yankovski (Andrzej Jankowski) deyib. 

Diplomat hesab edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq lazımdır: "Biz diplomatlar hesab edirik ki, bu münaqişə hər iki tərəfin də iştirakı ilə diplomatik yolla həll olunmalı, normal yaşayış təmin edilməlidir". 

A. Yankovski Azərbaycan və Polşa arasında münasibətlərin inkişaf etdiyini, bu əlaqələrin iqtisadiyyatın bütün sahələrini əhatə etməsinə çalışdıqlarını deyib.
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR