"Ermənilər cavab verməyiblərsə, deməli..."


Ermənistan ordusunun gücü yoxdur.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, rəsmi Yerevanın bütün davranışı bunu sübut edir: "Ermənistan müdafiə nazirliyinin yaydığı bəyanatlar ancaq gələcək zamana ünvanlanmış hədələrlə tamamlanır. Ermənistan ordusu üçün isə gələcək zaman hələ gəlməyib. Ermənistan Müdafiə Nazirliyinin baş psixoloqu D.Camalyan bir erməni əsgərinin ölümünün əvəzində 3 azərbaycanlı hərbçinin öldürülməsini kompensasiya adlandırmışdı. Onun fikrincə, 9 Azərbaycan hərbçisinin ölümü isə qələbə deməkdir. İndi qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhəddində hərbi insident zamanı itkilərin müqayisəli təhlili vəziyyətin tam tərsinə dəyişdiyini göstərir. Sayca çox Azərbaycan ordusunun itkisi minimaldır. Sayca az olan erməni ordusunun itkilərinin sayı getdikcə artır".

Mərkəz rəhbəri bildirib ki, son gərginlik Müdafiə Nazirliyindən narazılıq yaratdı: "Nazir özü, nazirliyin mətbuat xidmətinin rəhbəri A.Ovannisyan, baş psixoloq D.Camalyan mətbuatda görünmürlər. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin funksiyasının nazirliyin nəzdindəki ictimai şura yerinə yetirir. Rəsmi Yerevan, eləcə də Ermənistanın ictimai-siyasi mühiti özünü elə aparır ki, guya Ermənistan ordusunun hər şeyi var, Azərbaycan ordusundan qat-qat güclüdür, amma ordunun rəhbərliyi imkanlarından səmərəli istifadə etmir. Bu Ermənistan rəhbərliyindən ciddi parçalanmanın əlamətidir".

Politoloq sonra qeyd edib ki, əvvəllər bir erməni hərbçinin ölümü əvəzində ermənilər dərhal Azərbaycan əsgərini öldürməyə çalışırdılar: "İndi bu qətiyyət görünmür".

M.Əhmədoğlu sonra vurğulayıb ki, Azərbaycan ordusu erməni rəsmilərinin davranışında dəyişiklik yaratdı: "Dağlıq Qarabağda və Ermənistanda bəzi tədbirlər təxirə salındı. İclaslar bir dəqiqəlik sükutla başlandı. Atəşkəs rejimi dövründə bunlar ilk dəfə baş verdi. Prezident və Xİ naziri ATƏT MQ-nin mandatına müdaxilə etdilər. "Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olması", Dağlıq Qarabağın müstəqilliyinin tanınması" son gərginliyn məhsuludur. Bu bəyanatlar ATƏT MQ-nin fəaliyyətinə xitam verə bilər. Ermənistan yalnız ATƏT MQ formatını qəbul edir. Rəsmi Yerevan faktiki öz mindiyi gəmini deşməklə məşğuldur".

Mərkəz rəhbəri sonra əlavə edib ki, Ermənistanın KTMT-yə müraciət etməkdən dili qabar olub: "Rəsmi tərtibat belədir ki, guya Ermənistan hələ KTMT-yə müraciət etməyib. Amma KTMT baş katibinin müavini, general-leytenant V.Semerikov qurumun iclaslarında dəfələrlə Ermənistan rəhbərliyinin müraciətlər etdiyinin şahidi olduğunu bildirdi. Əgər Ermənistanın özünün hərbi gücü var idisə, niyə KTMT-yə müraciət edir?"

M.Əhmədoğlu deyib ki, Ermənistan ABŞ konqresmenlərinə, Avropa parlamentarilərinə və siyasətçilərinə məqsədyönlü sirkulyar göndərərək hərbi insidentləri pisləməyə, beynəlxalq ictimaiyyəti Azərbaycanın üstünə qaldırmağa çağırır: "Ermənistan dəfələrlə bəyan edib ki, üstümüzə qılıncla gələni qılıncla qarşılayacağıq. İndi hərbi insidentlərin belə intensiv dövründə Ermənistanın KTMT, ABŞ, Avropaya yalvarışlarının səbəbi Ermənistanın ordusunun vəziyyətindən xəbər verir. Beynəlxalq aləmin müraciətinə baxmayaraq, rəsmi Yerevan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlğa buraxmır. Qisas siyasəti aparır. Ermənistanın son itkiləri cavabsız qoyması mümkün deyil. Ermənilər cavab verməyiblərsə, deməli, hərbi qüdrətləri ölüb".

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR