Erməni əsgərin anası: Oğlum niyə Ermənistanın qurbanı oldu?

Erməni əsgərin anası: Oğlum niyə Ermənistanın qurbanı oldu?

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri Suren Mosiyanın qeyri-döyüş şəraitində ölümü ilə bağlı çağırış məntəqəsi komissiyasının kardiolquna qarşı cinayət işi açılıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, bunu ölən hərbçinin valideynlərinin hüquqlarını müdafiə edən vəkil Ani Çatinyan bildirib.

"Çağırış komissiyasında Mosiyanın ürəyində problemlə bağlı sənədin olmasına baxmayaraq, onu yenidən ordu sıralarına çağırıblar. Halbuki, həmin sənəd əsasında Mosiyanı yenidən əhatəli müayinəyə göndərməli idilər”, - vəkil vurğulayıb.

Məlumata görə, çağırışadək onda gecə süzənəyi və siniri ilə bağlı problem olub. Hərbi xidmətdə olduğu dövrdə Mosiyan tibb məntəqəsinə müraciət edib. Ancaq hərarəti çox olduğu üçün ona tənəffüs yollarının iltihabı diqanozunu qoyublar.

Hərbi xidmətin 10-cu ayında o, ölüb.

Qeyd edək ki, Mosiyan hərbi xidmətə 2016-cı il mayın 29-da başlayıb.

Hərbçinin anası Anjela Mosiyan deyib: "Ömrümün sonunadək oğlumun ölüm səbəbinə cavab verilməsi uğurunda mübarizə aparacağam. Suren niyə Ermənistanın qurbanı oldu?”
 
Aktual.az  
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR