Azərbaycanda uşaqların zorakılıqdan müdafiəsi çox güclü qanunvericilik bazası ilə tənzimlənir.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaq hüquqları ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.
Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün komitə tərəfindən hazırlanan təkliflərin artıq qəbul edilərək qüvvəyə minməsini yaxşı hal kimi qiymətləndirən A.Sofiyeva bildirib ki, rəsmi statistika uşaqlara qarşı zorakılıq hallarının azaldığını göstərir: "Amma hər birimiz bilirik ki, statistikaya daxil edilməyən məsələlər də var. Bu gün uşaq hüquqlarının qorunması, onlara qarşı zorakılıq halları diqqətimizdədir. Erkən nikahlarla bağlı statistika da bizi çox narahat edir. Qanunvericilikdə bununla bağlı çox sərt addımlar atılıb. Amma təəssüf edirəm ki, cəmiyyətdə bu addımlara qarşı adekvat cavab görə bilmirik".