Ərdoğandan Rusiya ordusunun Xersondan çıxmasına REAKSİYA

Ərdoğandan Rusiya ordusunun Xersondan çıxmasına REAKSİYA

"Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" də bərpa olunmazdı".
 
Aktual.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
O, Rusiya Prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib:
 
"Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdiririk".
 
Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: "Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm".(report)

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR