Ərdoğan Tramp ilə Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək niyyətindədir

Ərdoğan Tramp ilə Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək niyyətindədir
  • DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə yaxın günlərdə telefon danışığı zamanı Suriyanın şimal-qərbindəki vəziyyəti müzakirə etmək niyyətində olduğunu söyləyib.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə lideri bu gün Ədalət və İnkişaf Partiyasının qurulmasının 18-ci il dönümünə həsr olunmuş mərasimdə deyib.
Ərdoğan əlavə edib ki, Türkiyənin cənub sərhədi boyunca Suriyanın şimalında "sülh zonası" yaratmaq niyyətindədir.
Qeyd edək ki, avqustun 23-də Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti ilə telefon danışığı zamanı Suriya Konstitusiya Komitəsinin yaradılması və fəaliyyətə başlamasını müzakirə etdiyini bildirilib.
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR