Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağı təqdirdə ABŞ prezidenti Co Baydenlə işləyəcəyinə dair söz verib.
Aktual.az Elchi.az-a istinadən bildirir ki, o, bu barədə CNN telekanalının aparıcısının müvafiq sualını cavablandırarkən deyib:
"Şübhəsiz ki, mən cənab Baydenlə işləyəcəm”.
Ərdoğan qeyd edib ki, Bayden ABŞ prezidenti postunu tərk edəcəyi təqdirdə o, Baydenin yerinə kim gəlsə, onunla işləyəcək.
Xəbər 1364 dəfə oxunub.