Ərdoğan rəsmi rəqəmləri açıqladı - 237 şəhid

Ərdoğan rəsmi rəqəmləri açıqladı   - 237 şəhid

İyulun 15-dən 16-na keçən gecə Türkiyədə 170 dinc sakin, 62 polis əməkdaşı və 5 hərbi qulluqçu həlak olub. Ümumilikdə ölkədə hərbi çevrilişə cəhd nəticəsində ölənlərin sayı 237 nəfərdir. İyulun 29-na olan məlumata görə, yaralıların rəsmi sayı isə 2 191 nəfər təşkil edir.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu statistik rəqəmi ölkə prezidenti Rəcəb Tayyib ƏrdoğanAnkarada Beştəpədə konqres-mərkəzində çıxış edərkən səsləndirib.

Türkiyə prezidenti şəhid ailələrinə baş sağlığını bildirib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR