Ərdoğan Ancelina Coli ilə qaçqın düşərgəsinə Baş çəkəcək

Ərdoğan Ancelina Coli ilə qaçqın düşərgəsinə  Baş çəkəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin xoşməramlı səfiri, tanınmış aktrisa Ancelina Coli ilə Türkiyəyə sığınan suriyalı qaçqınların düşərgələrini ziyarət edəcəklər.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. 

Xəbərə görə, iyunun 20-də R.T.Ərdoğan Mardində qaçqınlarla iftar açacaq. Həmin mərasimin qonağı isə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Guterreşin çağırışı ilə ölkəyə gələn Ancelina Colidir.
Qeyd edək ki, A.Coli əvvəllər də Türkiyənin Suriya ilə sərhədindəki qaçqın düşərgələrində olub. O, 2011-ci ildə Türkiyəyə gələndə qaçqınların sayı 10 min idi. İndi isə suriyalı qaçqınların sayı 2 milyonu keçib.

Aktual.az

Xəbər 712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR