Ənənəvi idman turniri keçirildi

Ənənəvi idman turniri keçirildi
  • İDMAN

Yanvarın 19-da Pirallahı rayonunda  20 YANVAR ŞƏHİDLƏRİNİN xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Koşiki Karate idman növü üzrə turnir keçirildi. Bu idman növü üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş, məşqçi Nazim Növsümzadənin təşkilatçılığı ilə baş tutan tədbir yüksək səviyyədə təşkil olunmuşdu.  
Tədbir başlandıqda Azərbaycan Respublikasının Himni səsləndirildi və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Turnirdə Azərbaycan Koşiki Karate Fedarasiyasının vitse prezidenti əməkdar məşqçi, 7-ci dan qara kəmər sahibi, "Kudo" İdman klubunun prezidenti Mustafayev Yuruy Edurdoviç, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Afət İbrahimova  iştirak etdilər. Qonaqlar şəhidlərin unudulmamasını vurğulayaraq idmançılara uğur arzuladılar. Yüksək təşkilatçılığa və belə tədbirlərin davamlı təşkilinə görə Nazim müəllimə təşəkkür etdilər.  Yarışlarda yeniyetmə qız və oğlan idmançılar iştirak edirdi. 
Yüksək əzmkarlıq göstərən və
qalib olan idmançılar Kubok, Medal və Diplomlarla təltif edildilər.
Xəbər 2154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR