Ən çox kompensasiyanı bu bankların əmanətçiləri alıb – SİYAHI

Ən çox kompensasiyanı bu bankların əmanətçiləri alıb – SİYAHI

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Aktual.az Fond-a istinadən xəbər verir ki, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 721 milyon 57 min manat ödənilib.

Belə ki, "Parabank” ASC-nin qorunan əmanətçiləri 42 milyon 914 min manat, "Zaminbank” ASC – 52 milyon 421 min manat, "Kredobank” ASC – 27 milyon 77 milyon manat, "Dekabank” ASC – 3 milyon 22 min manat, "Atrabank” ASC – 14 milyon 269 min manat, "Qafqaz İnkişaf Bankı” ASC – 1 milyon 974 min manat, "Bank of Azerbaijan” ASC – 24 milyon 148 min manat, "Gəncəbank” ASC - 976 min manat, "Texnikabank” ASC – 120 milyon 8 min manat, "Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 433 milyon 483 min manat kompensasiya alıblar. 
 

Aktual.az

Xəbər 660 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR