"Əməkdaşlıq yaradıcı, inteqrasiya assimilyasiya edəndir" - Elçin Mirzəbəyli


Elçin Mirzəbəyli

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir çox önəmli məsələlərə toxundu. Onların arasından cənab Prezidentin inteqrasiya ilə bağlı fikirlərini xüsusi ilə qeyd etmək istəyirəm: 

“...Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?!
... Biri var əməkdaşlıq, biri də var inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar”.


Zənnimcə, inteqrasiya adı altında uzun illərdir Azərbaycan cəmiyyətinə sırınan ikili standartları bundan daha dəqiq qiymətləndirmək, “donor pullarının əsaslandırılmasına” xidmət edən süni, qondarma bir prosesin mahiyyətini bu qədər açıq şəkildə ortaya qoymaq mümkün deyil.
Çünki inteqrasiya - bir subyektin digər subyektə (bir məkanın digər məkana) daşınması anlamını verir ki, bu da subyektlərdən (məkanlardan) birinin hüquqlarını pozur, onun daşıdığı mahiyyəti, maddi və mənəvi tutumu aşağılayır. Əməkdaşlıq - qarşılıqlı, inteqrasiya - birtərəflidir. Əməkdaşlıq - mədəniyyətlərin qarşılıqlı ünsiyyəti, öz milli-mənəvi dəyərlərini, sosial inkişaf perspektivlərini, sərhədlərini və nəhayət, etnoqrafik mahiyyətlərini dəyişmədən könüllü yaxınlaşmasıdır. Əməkdaşlıq yaradıcı, inteqrasiya assimilyasiya edəndir. Əməkdaşlıq tərəflərin, inteqrasiya isə, yalnız bir tərəfin inkişafını təmin edir.
Bu baxımdan əməkdaşlıq inteqrasiyadan daha demokratik, daha ədalətli və bəşəridir.

Aktual.az

Xəbər 1375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR