Elmar Məmmədyarov: "Rusiya ilə qarşılıqlı faydalı münasibətlər bizim üçün öncül məsələdir"

Elmar Məmmədyarov:

"Azərbaycanla Rusiya arasında həmişə strateji tərəfdaşlıq münasibətləri olub”.

"Report”un Rusiya bürosu xəbər verir ki, bunu iki ölkə arasındakı münasibətlərin inkişafı barədə fikir bildirən xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Rusiya bizim böyük qonşumuzdur. İqtisadi nöqteyi-nəzərdən baxanda, bu ölkə nəhəng bazardır. Qarşılıqlı anlaşmaya gəlincə, dil problemimiz yoxdur. Rus dili bizdə millətlərarası ünsiyyət dilidir. Məncə, Rusiya ilə normal, qarşılıqlı faydalı münasibətlərin qurulması Azərbaycan üçün öncül məsələdir”, - nazir vurğulayıb.
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR