Elman Rüstəmov strateji valyuta ehtiyatlarından danışdı

Elman Rüstəmov strateji valyuta ehtiyatlarından danışdı

Qısa müddət ərzində milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb. 

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. 
Onun sədrinin sözlərinə görə, son illər ölkədə yoxsulluq səviyyəsi 10 dəfə azalıb. 
"Son 8 ayda Azərbaycanın strateji valyuta ehtiyatları 12% artıb. Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansında ümumi daxili məhsulun 2,5%-i qədər profisit yaranıb", - deyə AMB sədri qeyd edib. 
E.Rüstəmov onu da bildirib ki, Dünya Bankı bu günə qədər Azərbaycanda 50-dən artıq layihəyə 3,5 mlrd. dollar vəsait ayırıb. Hazırda qurumun ölkədə ümumi dəyəri 1,1 mlrd. dollardan çox olan 11 aktiv layihəsi var".
AMB sədrinin sözlərinə görə, Azərbaycan, Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə də uğurlu əməkdaşlıq edir: "Bunun nəticəsidir ki, IFC Azərbaycana 0,5 mlrd. dollar yardım ayırıb". 
 
Aktual.az 
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR