Əliyar Ağayev Avropa Liqasının pley-off mərhələsinə təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının pley-off mərhələsinə təyinat alıb
  • İDMAN

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev pley-off mərhələsi çərçivəsində "Yaqelloniya” (Polşa) – "Gent” (Belçika) cütünün qalibi ilə "Mariupol” (Ukrayna) – "Bordo” (Fransa) duelinin güclüsü arasında keçiriləcək ilk oyunun baş hakimi olacaq. 
Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, pley-off mərhələinin ilk matçları avqustun 23-də keçiriləcək.
 
Aktual.az
Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR