Əlilliyi olan 54 mindən çox uşaq təhsilə cəlb olunmayıb

Əlilliyi olan 54 mindən çox uşaq təhsilə cəlb olunmayıb

 
"2016-cı ildə qeydiyyata alınmış 67 081 xüsusi təhsilə ehtiyacı olan uşaqlardan yalnız 12 469 nəfər (18%) formal təhsilə cəlb edilib. 12 469 nəfər formal təhsilə cəlb olunmuş əlilliyi olan uşaqdan 8807 nəfər (71 faiz) evdə təhsildən yararlanıb”.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyi nəzdində De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov "Azərbaycan müəllimi” qəzetindəki məqaləsində bildirib.

A. Xələfov qeyd edib ki, 2820 nəfər əlilliyi olan uşaq xüsusi təhsil internat-məktəblərində cəmiyyətdən və ailələrindən təcrid olunmuş şəraitdə, 818 nəfər isə günərzi məktəblərdə təhsil alır: "Nəticə etibarilə 54 612 nəfər xüsusi təhsilə ehtiyacı olan uşaq təhsilə cəlb olunmayıb”.
 
Aktual.az
Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR