“Əli Kərimli kimi siyasi bomjlar seçkiyə qatılası olsalar heç 1 faiz belə səs yığa bilməzlər.” - DEPUTAT

“Əli Kərimli kimi siyasi bomjlar seçkiyə qatılası olsalar heç 1 faiz belə səs yığa bilməzlər.” - DEPUTAT

"Fevralın 7-nə təyin olunan Prezident seçkiləri ilə bağlı radikal müxalifətin sərgilədiyi ilkin mövqe ondan xəbər verir ki, bu insanlar mübarizə aparmağı deyil, spekulyasiya və manipulyasiya ilə məşğul olmağı öz qarşılarına məqsəd qoyublar.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Radikal müxalifət o kəsimdir ki, "Siyasi Partiyalar haqqında” Qanunun tələblərinə əsasən 5 min imzanı güclə topladı, tamamən zəifdir, yararsızdır və siyasi elektorata sahib deyil. Eyni zamanda öz kəramətlərinə bələd olduqları üçün indidən suyu bulandırmağa, uğursuzluqlarını kompensasiya eləməyə çalışırlar.

Əli Kərimli və ona bənzər siyasi bomjlar seçkiyə qatılası olasalar heç 1 faiz belə səs toplaya bilməzlər. Səbəb də sadədir: Çünki onlar xalqın qarşısında öz etimadlarını çoxdan itiriblər. Çünki onlar bundan sonra əsla və əsla kimisə nəyəsə inandıra bilməzlər. Çünki belələri məğlubiyyətə məhkumdur və göstərdikləri anti-milli fəaliyyət səbəbindən rəzaləti, rüsvayçılığı, uğursuzluğu haqq edirlər.”- deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR